Ümid Partiyası İqbal Ağazadənin parlament seçkilərində iştirakı ilə bağlı istəyindən geri çəkilməsi haqda məlumatlara aydınlıq gətirib.
Partiyanın sədr müavini Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün partiyanın idarə heyəti toplanacaq:
"İndi iclasımız başlayır. İclasdan sonra rəsmi açıqlama olacaq”.
Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadənin Milli Məclisə seçkilərdə namizədliyini irəli sürmək iddiasından geri çəkilməsi ilə bağlı məlumatı News365.az saytı yayıb.
İqbal Ağazadə 36 saylı Xətai Suraxanı seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirmişdi.
Bahar Rüstəmli
Şərhlər