Xəbər lenti

İllər sonra üzə çıxan həqiqət:
İdman 14:40 12.07.2022

İllər sonra üzə çıxan həqiqət: "İngiltərəyə gətiriləndə məni anamdan ayırdılar"

Britaniyalı olimpiya ulduzu, atlet Ser Mohammad Farah həyatı ilə bağlı şok etiraflar edib.
 
Qaynarinfo xəbər verir ki, eyni zamanda o, əsl adını açıqlayıb. Somali əsilli olimpiya çempionu ilk dəfə İngiltərəyə necə gəldiyindən danışıb. BBC-də yayımlanan "The Real Mo Farah" adlı sənədli filmdə fikirlərini bildirən idmançı, əvvəl dediyi "Ailəm Somalidən qaçqın kimi İngiltərəyə gəlib" ifadələrini dəyişib. 

Uşaqlıqda insan alverçiləri tərəfindən İngiltərəyə gətirildiyini bildirən Farah, "9 yaşında olarkən məni İngiltərəyə tanımadığım bir qadın gətirdi. İllərlə başqa ailənin uşağına baxmağa məcbur oldum. İllərdir onu içimdə saxlamağa çalışmışam. Ancaq insan alverinə diqqət çəkmək üçün izahat vermək qərarına gəldim. Bəxtim onda gətirdi ki, qaça bilmədim. Bir çox insan alveri qurbanları var ki, mənim qədər şanslı olmayıb" - ifadələrini işlədib. 

Adını ona insan alverçisi Farah adlı bir qadının verdiyini bildirən ulduz idmançı, "Etiraf etməliyəmsə, mən sizin düşündüyünüz insan deyiləm. Çoxları məni Mohammad Farah kimi tanıyır. Amma bu mənim adım deyil. Mən o deyiləm. Əsl adım Huseyn Abdi Kahindir. "Mohammad Farah" adını məni İngiltərəyə qaçıran qadın verib” - sözlərini deyib.

Atasının Somalidəki vətəndaş müharibəsi zamanı öldüyünü deyən atlet, "İngiltərəyə gətiriləndə məni anamdan ayırdılar. Ailəmlə birlikdə Avropada yaşayacağımı düşünürdüm. Ancaq məni qaçıran qadının məişət zorakılığına məruz qaldığını göstərən sənədləri görəndə anladım ki, başım bəladadır” - sözləini də əlavə edib.

Dörd dəfə olimpiya çempionu adını qazanan ilk britaniyalı yüngül atlet kimi tarixə düşən Farah, keçmişi ilə bağlı həqiqəti söyləməklə övladlarını motivasiya etdiyini bildirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->