"Əfv Komissiyasına uzun bir siyahı təqdim etmişik".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, siyahıda bloggerlər, jurnalistlər, müharibə iştirakçıları, ömürlük həbs cəzası alanlar, 3/2 ilə cəzalananların hər biri qeyd edilib:
"Hazırda komissiya işləyir. Ad çəkmək istəmirəm. Əgər kimlərinsə adını çəksəm, kimlərinsə çəkməsəm, o zaman inciyərlər. Komissiyaya təqdim edilən məktubda onların buraxılmasını xahiş etmişik".
Novella Cəfəroğlu siyahıdakı hər bir şəxsin əfv olunmasını istəyir:
"Onlar həbsdən azad olsunlar ki, biz də rahat nəfəs alaq".
Bahar Rüstəmli
Şərhlər