Avropa İttifaqının Ədalət Məhkəməsi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyasının (FİFA) Super Liqanın fəaliyyətini əngəlləməyə yönəlmiş hərəkətlərini qanunsuz hesab edib.
Qaynarinfo bu barədə məhkəmənin rəsmi saytına
istinadən xəbər verir.
Futbol Super Liqası məhkəməyə idman funksionerlərinin rəqabət qanunlarını pozduğunu sübut edə bilib. UEFA və FİFA sanksiyalar təhlükəsi altında klubların 2021-ci ildə yeni birliyə qoşulmasını qadağan edib.
"FİFA və UEFA-nın qaydalarına əsasən, Superliqa kimi istənilən yeni klublararası futbol layihələrinin əvvəlcədən təsdiqlənməsi, klubların və oyunçuların bu cür yarışlarda iştirakının qadağan edilməsi qanuna ziddir. FİFA və UEFA qaydaları şəffaf, obyektiv, ayrı-seçkiliyə yol verməyən çərçivəyə zəmanət vermir”, - qərarda deyilir.
Əslində, hər iki futbol qurumu potensial rəqibə qarşı hakim mövqelərindən sui-istifadə edib. Bununla FİFA və UEFA Aİ-nin rəqabət və pulsuz xidmətlərin göstərilməsi ilə bağlı qanunvericiliyini pozub.
Xatırladaq ki, 2021-ci ildə Avropanın 12 top klubu elit komandaların qapalı turnirinin yaradılmasını elan edib. Yarışın UEFA Çempionlar Liqasına alternativ olması nəzərdə tutulur.
Superliqanın rəhbəri "Real Madrid"in prezidenti Florentino Peres olub. Onun ən yaxın tərəfdaşları arasında İspaniyanın "Barselona” klubunun rəhbəri Joan Laporta və Turin "Yuventus”unun sahibi Andrea Anelli də olub. Qurucu klubların əksəriyyəti elandan sonrakı ilk günlərdə turnirdən çəkildiklərini açıqlayıblar.
Superliqanın yaradılmasına təkcə FİFA və UEFA deyil, həm də klublar, xüsusən də ingilis azarkeşlər və siyasətçilər qarşı çıxıblar. Xüsusilə, elit yarışların təşkili Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron tərəfindən pislənilib.
Nizami Bağırov
Şərhlər