Dünya çempionatının finalından sonra ən çox diqqət çəkən məqamlardan biri argentinalı ulduz Lionel Messinin əyninə Qətərin ənənəvi geyiminin geyindirilməsi oldu.
Qaynarinfo xəbər verir ki, Argentinalı buna görə tənqidlərlə də üzləşib. Bəs Messinin geyindiyi paltarın adı və mənası nədir?
Qətər əmiri Şeyx Təmim Bin Həməd Al Sani Messiyə ölkənin əsasən elit təbəqəsinə xas olan "bişt” geyindirib. Azarkeşlərin əksəriyyəti Messinin geyindiyi tül kimi xalatın nə olduğunu anlamasa da sonradan bunun Qətərin ənənəvi geyimlərindən biri - "Bişt” olduğu anlaşılıb. Körfəz ölkələrində ərəblərin geyindiyi bu paltar boz, qara, ağ və açıq qəhvəyi ola bilər. Gündəlik geyinilməyən bu paltara toylar, milli bayramlar kimi əlamətdar günlərdə üstünlük verilir və məzuniyyət mərasimlərdə xalat kimi geyinilir.
Qətər əmiri Messini bu geyimlə şərəfləndirib. Amma tənqidlərə səbəb futbolçunun bişti Argentina formasının üzərindən geyinməsi olub. Azarkeşlər bişti məhz formanın üzərindən geyindiyi üçün Messiyə qəzəblənib. Bəzi sosial media istifadəçiləri "Kuboku qaldırarkən geyinməli olduğunuz yeganə müqəddəs şey milli komandanın formasıdır" kimi etirazlar edib. Onlar, millinin formasının üzərindən heç bir şey geyinilməməsi lazım olduğunu bildirib.
Səbuhi Həsənov
Şərhlər