Xəbər lenti

Şeyxdən ömürlük məhbuslarla bağlı açıqlama: Azadlığa buraxılacaqlar?
Siyasət 10:14 21.04.2023

Şeyxdən ömürlük məhbuslarla bağlı açıqlama: Azadlığa buraxılacaqlar?

"Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır”.

"Report” xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O, Əfv Komissiyasının iclaslarında iştirak etdiklərini bildirib: "Müraciətləri oxuyan zaman görürük ki, əvvəlcə inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər”.

A.Paşazadə vurğulayıb ki, ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var: "Bu, birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->