Kamerun millisinin əfsanəsi Samuel Eto xoşagəlməz hərəkətlə düqqət mərkəzinə düşüb.
Qaynarinfo-nun məlumatına görə keçmiş futbolçu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti kimi fəaliyyət göstərən DÇ-2022-nin pley-off mərhələsində Braziliya və Cənubi Koreya komandalarının matçından sonra videosunu çəkmək istəyən fotoqrafı təpiklə yerə sərib. Eto adı Səid Mamouni olan əlcəzairli fotoqrafla söhbətdən sonra əsəbləşərək onun üzərinə hücum edib və dizi ilə üzünə sərt zərbə endirərək, yerə sərib.
Videoda Etonun mühafizəçilərinin də onun üzərinə hücum etdiyi və əlindən kamerasını aldığı da görünür.
Səbuhi Həsənov
Şərhlər