Xəbər lenti

Əsədov: “Frayburq”un oyunçularının bədən quruluşları fərqlidir”
İdman 17:42 08.09.2022

Əsədov: “Frayburq”un oyunçularının bədən quruluşları fərqlidir”

Azərbaycanın veteran futbolçularından olan, hazırda millimizdə köməkçi məşqçi kimi fəaliyyətini davam etdirən Arif Əsədov "Qarabağ”ın bu gün Avroliqanın qrup mərhələsi çərçivəsində "Frayburq”la keçirəcəyi matçla bağlı düşüncələrini bölüşüb.

Sabiq müdafiəçi Qaynarinfo-ya açıqlamasında Ağdam klubunun şanslarını dəyərləndirib.

"Çox çətin qrupa düşmüşük. Rəqiblər fərqli oyun üslubuna məxsus top-komandalardır. "Frayburq” Almaniya, "Nant” Fransa çempionatında, "Olimpiakos” isə daim yarışlarda çıxış edir. Almaniya futbolu intizam üzərində qurulub. "Frayburq” da bu cəhətdən üstündür. Əbəs yerə Bundesliqada birinci yerdə deyillər. Ulduz futbolçuları olmasa da, intizam və taktiki sistemə riayət edirlər. Templi çempionatın komandasıdır və "Qarabağ”a çətinlik yarada bilərlər. Həm də ev amili var. Rəqibin üstün cəhətlərini məşqçilər daha yaxşı analiz ediblər. Biz kənardan mütəxəssis kimi fikir bildiririk. Məğlubedilməz komanda yoxdur. Elə götürək Zaqreb "Dinamo”sunu. Öz oyunları ilə "Çelsi”ni məğlub etdilər. "Qarabağ”ın da üstün cəhətləri var. Təbii ki, "Qarabağ”ın ik oyunudur. Düşünürəm ki, ilk dəqiqələrdən ehtiyatlı oynayıb, əks-hücumları fikirləşə bilərlər. Bu baxımdan "Qarabağ” rəqibi əks-hücumlarda yaxalayıb istədiklərini edə bilər. Topa nəzarət baxımından "Qarabağ” daha oturuşmuş komandadır. Bu üstün cəhətlərindən istifadə edərək, ilk dəqiqələrdən qol vurub rəqibi çaşqınlığa sala bilərlər. 

Əsədov "Qarabağ”ın zəif cəhətləri haqqında sualı cavablandırarkən, daha çox standart vəziyyətlərə diqqət yetirilməli olduğunu deyib:

"Konkret bölmək düzgün olmaz. Konkret təhlükələrə gəlincə, ilk növbədə standart vəziyyətlərdən ehtiyatlanmaq lazımdır. O gün statistikasına baxırdım, "Frayburq” standart vəziyyətlərdən yaxşı istifadə edir. "Qarabağ”ın zəif cəhətlərindən biri odur ki, daha çox standart vəziyyətlərdən qol buraxırlar. Düşünümrəm ki, "Qarabağ” sırf müdafiədə oynayacaq. Çünki elə komanda deyil. Yaxşı hücum potensialı var. Bundan istifadə edib rəqib müdafiəsində çaşqınıq yarada bilər. Düzdür, Vadjinin getməsi mənfi rol oynaya bilər. Amma onu əvəz edən futbolçular var ki, hücumda oynaya bilər. Bu, haradasa rəqibdə təhlükələr yarada bilər. "Frayburq” "Qarabağ”ın bu üstün cəhətlərini nəzərə alıb, daha açıq deyil, ehtiyatlı oynaya bilər. Startegiya baxımından götürsək, uzunmüddətli turnirdir. Təbii ki, üç xal lazımdır. Amma əsas odur ki, xal qazansınlar. Qol buraxılarsa, sona qədər mübarizə aparıb xal götürmək mümkündür”.

Sabiq futbolçu "Frayburq”un müdafiədə olunmayacağını, "Qarabağ”ın da buna davam gətirə biləcəyini bildirir:

"Ən çətin oyun odur ki, rəqib öz qapısına çəkilir, qapanır, bütün boşluqları bağlayır. Belə müdafiəni yarmaq çox çətindir. Yalnız "Barselona”, "Mançseter Siti” kimi komandalar bunun öhdəsindən gələ bilir. O da hər bir xətdə olan individual cəhətdən güclü, texnikalı futbolçuların sayəsində mümkündür. Qısa ötürmələrlə müdafiəni yarmaq çox çətindir, çünki rəqiblər boşluq vermirlər. Qapıçı ilə müdafiəçilər arasında məsafə də qısa olur. Belədə topu müdafiənin arxasına atanda qapıçı tutur. Bunlar hamısı rol oynayır. Ancaq düşünmürəm ki, "Frayburq” "Qarabağ”a qarşı bu şəkildə oynayacaq. Əksinə müdafiə olunsalar belə, ikinci zonaya çəkiləcəklər. Belədə qapı ilə müdafiə arasında məsafə olacaq ki, "Qarabağ” bundan istifadə edə bilər. Düşünmürəm ki, ümumi dözümlük baxımından "Qarabağ” davam gətirə bilər və hazırdır. Sadəcə, ön xətlərdə oynayan futbolçularda fərdi fiziki yorğunluq yarana bilər. Çünki "Frayburq”un oyunçularının bədən quruluşları fərqlidir, boyları hündürdür. Əsas odur ki, birəbir mübarizələrdə, xüsusən də müdafiədə uduzmayaq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->