Xəbər lenti

Emre Belözoğlu oyun zamanı ağır söyüşlər söyüb
İdman 11:45 25.04.2023

Emre Belözoğlu oyun zamanı ağır söyüşlər söyüb

Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində "Başakşəhər” səfərdə "Giresunspor”un qonağı olub. 

Qaynarinfo-nun məlumatına görə, "Başakşəhər”in baş məşqçisi Emre Belözoğlu oyunun fasiləsində təhqiramiz ifadələr işlədib. İddialara görə, cəzası üzündən matçı tribunadan izləməli olan keçmiş futbolçu mübahisə etdiyi bir qrup insana ağır söyüşlər söyüb.
 
Sosial şəbəkələrdəki görüntülərdən sonra sonra klub mövzu ilə bağlı açıqlama verib. Açıqlamada Emre Belözoğlunun əcnəbi vətəndaş tərəfindən təhqir edildiyi və hücuma məruz qaldığı bildirilib. Bu səbəbdən Emrenin oyunun bir hissəsini izləyə bilmədiyi açıqlanıb. 

Açıqlamanın sonunda qonaqpərvərliyə görə "Giresunspor”a təşəkkür ünvanlanıb.

Qeyd edək ki, oyunda "Başakşəhər” 4:2 hesablı qələbə qazanıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->