Xəbər lenti

Əməkdar artist vəfat etdi
Sənət 20:32 05.01.2024

Əməkdar artist vəfat etdi

Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib.
 
Qaynarinfo xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
 
Sənətçi uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Belə ki, 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunmuşdu. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirmişdi.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Gülbahar Şükürlü 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olub. 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar Şükürlü uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova, sevilən müğənni Zöhrə Abdullayeva və başqaları ilə birgə çalışıb.

1993-cü ildə Azərbaycanın tanınmış müğənnilərindən biri olan Zöhrə Abdullayevanın təkidi ilə Gülbahar Şükürlü efirə çıxaraq Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edərək böyük tamaşaçı kütləsinin rəğbət və sevgisini qazanıb. Bununla daha da tanınaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edib.

Yaradıcılıq dövrü ərzində Gülbahar Şükürlünün 4 albomu işıq üzü görüb: "Aytac", "Rusif", "Ləman" və "İnanmaram". İlk klip isə "Ləman" rəqsinə çəkilib.

7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə Əməkdar artisti fəxri adına layiq görülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->