Müğənni Elnarə Xəlilova "Sənsizəm" adlı mahnısına çəkdirdiyi klipinin televiziyadan sildirildiyini iddia edib.
Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb.
"Instagram" hesabında ekran işindən bir parça yayımlayan Xəlilova bunları yazıb:
"Kimin etdiyini bilirəm".
Elnarə klipi telekanallardan birində çalışan efir rejissorunun sildiyini yazıb. O, əlavə edib ki, rejissor bunu bilmədən edib. İfaçı həmin şəxsin adını gizli saxlayıb.
Şərhlər