Müğənni Elnarə Xəlilova orta məktəbdə təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.
Qaynarinfo xəbər verir ki, sənətçi valideynləri uşaqlarını intihardan çəkindirməyə səsləyib:
"Sizə yalvarıram, uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın. Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır”.
Elnarə Xəlilova bunun yolverilməz olduğunu deyib:
"Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Olmasın ali savadlı, peşə məktəbinə verin, aşpaz, dülgər, saç ustası, vizajist, dərzi, dəmirçi - fərqi yoxdur, lap fəhlə olsun - amma canı sağ, sağlam və xoşbəxt olsun”.
Bahar Rüstəmli
Şərhlər