Xəbər lenti

Əli Mirəliyev:
Maqazin 13:45 30.04.2024

Əli Mirəliyev: "Kişi botoks etdirməz, saçına rəng qoymaz" (VİDEO)

"Mən heç vaxt imicini dəyişməmişəm, bu barədə düşünməmişəm. Xahiş ediblər ki, 10 dəqiqəlik parik taxım, düz 10 gün dil töküblər, məcbur olub razılaşmışam".
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev illər sonra görünüşünün 180 dərəcə dəyişməsinə aydınlıq gətirərkən deyib.

Sənətçi bunun şou olduğunu əlavə edib:

"Bizimkilər yaxşı şeyi efirə verməz, nəyi mənfi görürlərsə, onu da gündəmə gətirirlər. Dedilər gəl belə bir şou edək, parik qoyanlar özlərini görsün. Mən də razı oldum. Zəng edib deyirlər belə daha gözəl görsənirsən. Həmin adamlar mənim cavanlığımı görməyiblər. Vaxtında məndən ötrü ölənlər olub. Dərdimdən dəli-divanə idilər. Yaraşıqlı oğlan idim". 

Əli Mirəliyev parik geyinən və botoks etdirən kişi həmkarlarına mesaj ünvanlayıb:

"İnsan hər yaşında gözəl və təbii olmalıdır. Kişi botoks etdirməz, saçına rəng qoymaz, saç əkdirməz. Kişi də saçını rəngləyər? Mən bunlara qarşı həmişə mübarizə aparmışam, aparacam da. Parik taxanlar görsün ki, uzaqdan necə pis görsənirlər". 

Qeyd edək  ki, müğənni Əli Mirəliyev efirlərin birinə parikdə  çıxıb. Onun bu görünüşü böyük müzakirəyə səbəb olub. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->