2022-ci il dünya çempionatında vurduğu qollarla iz qoyan ekvadorlu hücumçusu Enner Valensiya zədələndiyi Niderlandla qarşılaşmadan sonra açıqlama verib.
Qaynarinfo xəbər verir ki, Ekvadorun dünya çempionatlarında vurduğu son 6 qolunun müəllifi bu mənada ən çox fərqlənən futbolçu ünvanına sahib çıxıb. Niderlandla oyunun 90-cı dəqiqəsində zədələnən və meydanı xərəkdə tərk edən kapitan açıqlamasında "Bu gün özümü bir az pis hiss etdim. Ağrıma baxmayaraq oynadım. Amma çərşənbə axşamı Seneqala qarşı oynaya bilsəm, ümid edirəm ki, daha yaxşı olacaq. Komandaya kömək edə bilmək üçün güclü olmağım vacibdir" - sözlərini söyləyib.
"Fənərbağça"nın futbolçusu Niderlandla oyunda fərqlənməklə millidəki qollarının sayını 38-ə yüksəldib.
Səbuhi Həsənov
Şərhlər