"Biz siyahını tərtib edib Əfv Komissiyasına ünvanlamışıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu mayın 10-da gözlənilən Əfv sərəncamının kimlərə şamil olunacağına aydınlıq gətirərkən deyib. O bildirib ki, 29 nəfərlik siyahı ilə Əfv Komissiyasına müraciət olunub:
"Hamı kimi biz də gözləyirik. Müraciətimiz olan siyahıda 29 nəfər şəxsin adı var. Bundan əlavə müraciətə Gəncə hadisələri zamanı həbs olunanlar və OMON-çuların adını ayrıca qeyt etdik. Xahiş etmişik ki, bunların hər birinə baxılsın. Çox istəyərdim ki, bu dəfə onların hamısını buraxsınlar”.
Novella Cəfəroğlu hesab edir ki, onlar əfv olunmalıdır:
"Əgər belə olarsa, heç bir dövlət bizə irad tuta bilməyəcək”.
Bahar Rüstəmli
Şərhlər