Somalinin qərbində Efiopiya ordusu radikal "Əl-Şabab” qruplaşması ilə toqquşub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi bu barədə hərbi toqquşmanın baş verdiyi ərazinin - Rab Dhure şəhərinin sakinlərinə istinadən məlumat yayıb.
Hadisə yerli vaxtla səhər saat 09.00 radələrində baş verib. Yerli sakinlər Efiopiya sərhədindən təxminən 20 km aralıda, Bakool bölgəsindəki Rab Dhure şəhəri yaxınlığında güclü partlayışların və ardınca güclü yanğın olduğunu bildirib.
"Əl-Qaidə" ilə əlaqəli "Əl-Şəbab" qrupunun üzvlərini məhv etmək üçün regional səylərin bir hissəsi olaraq bölgədə fəaliyyət göstərən Efiopiya əsgərlərin karvanının pusquya saldığını iddia edilir.
Öz növbəsində Somalinin xəbər portalı "Garowe” bildirib ki, Efiopiya ordusunun karvanı pusquya düşüb və 167 hərbi qulluqçu həlak olub.
Aydın
Şərhlər