Ədliyyə Nazirliyi sabiq deputat Hüseyin Abdullayevin səhhəti ilə bağlı məlumat yayıb.
Bu barədə Qaynarinfo-ya nazirlikdən bildirilib.
Məlumata görə, Hüseyn Abdullayev cari ilin 2 avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib:
"Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir".
Şərhlər