Dünya Bankının İcraiyyə Şurası Ukraynaya dəstək məqsədilə maliyyə vasitəçiliyi fondunun (FIF) yaradılmasını təsdiqləyib. İlk ianələrin ABŞ, Kanada və Yaponiyadan gələcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters üç mənbəyə istinadla
yazıb.
Səsvermə ilə tanış olan iki mənbə məlumat verib ki, səsverməyə qarşı yeganə etiraz Rusiyadan gəlib.
Dünya Bankı tərəfindən idarə olunacaq bu fond G7 liderlərinin Ukraynaya ilin sonuna qədər 50 milyard dollara qədər əlavə maliyyə təmin etmək vədini yerinə yetirməyə kömək edəcək. Ukrayna artıq iki ildən çoxdur ki, davam edən Rusiya işğalına qarşı mübarizə aparır.
ABŞ, Yaponiya və Kanadadan gələcək dəqiq ianə məbləğləri ilə bağlı hələ ki müəyyənləşdirmələr gedir, lakin onların hamısı dondurulmuş Rusiya suveren aktivlərindən əldə olunan faizlər ilə təmin olunacaq, - deyə bir mənbə bildirib.
Dünya Bankının səsverməsi Avropa İttifaqı ölkələrinin nümayəndələrinin Ukraynaya G7 ölkələri tərəfindən planlaşdırılan daha böyük kreditin bir hissəsi kimi 35 milyard avroya (38,3 milyard dollar) qədər vəsait ayırmağa razılaşmasından bir gün sonra baş tutub. Bu kredit də Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə dəstəklənir. Bu barədə Avropa Şurasının bəyanatında qeyd olunur.
Alpər
Şərhlər