Xəbər lenti

Dünya Bankı Ukraynaya 1,49 milyard dollar ayırdı
Dünya 12:40 08.06.2022

Dünya Bankı Ukraynaya 1,49 milyard dollar ayırdı

Dünya Bankının icraçı şurası çərşənbə axşamı Ukraynaya kömək etmək üçün 1,49 milyard dollar əlavə maliyyələşdirməni təsdiqləyib.

Qaynarinfo "Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Dünya Bankının açıqlamasında deyilir.

Dünya Bankının icraçı şurası çərşənbə axşamı Ukraynaya hökumət və sosial işçilərin əmək haqlarının ödənilməsinə kömək etmək üçün 1,49 milyard dollar əlavə maliyyələşdirməni təsdiqləyib. Bununla da bankın vəd etdiyi dəstəyin ümumi həcmi 4 milyard dollara çatdırdırılıb.

Dünya Bankının açıqlamasında bildirilir ki, son maliyyələşdirmə Britaniya, Hollandiya, Litva və Latviyanın maliyyə zəmanətləri ilə dəstəklənir. Layihə həmçinin İtaliyadan paralel maliyyələşdirmə və yeni Çoxşaxəli Donor Etimad Fondunun töhfələri hesabına dəstəklənir.

Fevral ayında Ukrayna Rusiyanın işğalı və iqtisadiyyatının böyük hissəsini qapanması ilə hökumətinin fəaliyyətini davam etdirmək üçün yaxın müddətdə ayda ən azı 5 milyard dollara ehtiyacı olduğunu bildirib. Yeddi sənaye demokratiyası qrupunun maliyyə liderləri keçən ay 9,5 milyard dollarlıq yeni maliyyələşdirmə vəd edərək, Ukraynaya qeyri-hərbi dəstəyini təxminən 20 milyard dollara çatdırıblar.

Dünya Bankının Şərqi Avropa üzrə direktoru Arup Banerji verdiyi açıqlamada, əsas xidmətlər "müharibə nəticəsində verilən əzablardan əlavə Ukraynada yaşayış şəraitinin və yoxsulluğun daha da pisləşməsinin qarşısını almaq üçün vacibdir", - deyib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->