Xəbər lenti

Dünya Bankı:
Dünya 20:52 01.05.2023

Dünya Bankı: "Süni intellekt beş il ərzində bütün iş yerlərinin 1/4-ni dəyişə bilər"

Növbəti beş il ərzində süni intellekt (AI) dünyadakı iş yerlərinin təxminən 1/4-ni dəyişəcək. İşlərə rəqəmsallaşma, təmiz enerjiyə keçid və təchizat zəncirlərinin yenidən bölüşdürülməsi də təsir edəcək. 

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (DB) hesabatında deyilir.

DB-nin fikrincə, ilkin mərhələdə süni intellektin insanların əməyinə tətbiqi əmək bazarında pozulmalara səbəb olacaq. Eyni zamanda, ümumilikdə qarşıdakı beş ildə əmək bazarına əksər yeni texnologiyaların təsiri müsbət olacaq. DB analitiklərinin fikrincə, kibertəhlükəsizlik, böyük həcmli məlumatlar və dayanıqlı idarəetmə texnologiyaları üzrə mütəxəssislərə ehtiyac dünyada məşğulluğun artmasının əsas amilləri olacaq. 

Hesabatdan göründüyü kimi, ChatGPT kimi texnologiyaların yaranması proseslərin ünsiyyəti və koordinasiyası ilə əlaqəli mövqeləri avtomatlaşdıracaq və ya əvəz edəcək. Dünya Bankının sorğusuna qatılan 800 şirkətin təxminən 75%-i qarşıdakı beş il ərzində süni intellektdən istifadə edəcəklərini bildirib. Onların hesablamalarına görə, nəticədə 26 milyona qədər iş yeri ixtisar olunacaq. İxtisarlar inzibati və mühasibat vəzifələrində çalışanlara, o cümlədən kassir və mühasiblərə şamil ediləcək.

Eyni zamanda, DB-nin fikrincə, hazırda məşğulluq üçün əsas təhlükə makroiqtisadi amillərlə bağlıdır: iqtisadi artımın yavaşlaması, təklifin azalması və inflyasiya. Dünya Bankı hesab edir ki, ekoloji təmiz texnologiyalara keçidə investisiyalar, eləcə də qlobal təchizat zəncirlərinin geniş istiqamətləndirilməsi hesabına yeni iş yerləri yaradılacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->