Xəbər lenti

Dünya Bankı qlobal tənəzzüllə bağlı xəbərdarlıq etdi
Dünya 13:53 26.05.2022

Dünya Bankı qlobal tənəzzüllə bağlı xəbərdarlıq etdi

Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində ərzaq, enerji və gübrə qiymətlərinin artması qlobal tənəzzülə səbəb ola bilər.

Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə Dünya Bankı rəhbəri David Malpass çərşənbə günü ABŞ-da keçirilən bir iş tədbirində danışıb.

Onun dedikləri dünya iqtisadiyyatının kiçilməyə başlaya biləcəyi riskinin artması ilə bağlı növbəti xəbərdarlıqdır.

"Qlobal ÜDM-ə baxdığımız zaman... tənəzzüldən necə qaçacağımızı təxmin etmək indi çətindir. Enerji qiymətlərinin ikiqat artması öz-özünə resessiyaya səbəb olmaq üçün kifayətdir", - Malpass deyib.

Ötən ay Dünya Bankı bu il üçün qlobal iqtisadi artım proqnozunu 3,2%-ə endirib.

O, həmçinin deyib ki, Rusiyanın qaz tədarükünü kəsmək üçün atdığı addımlar regionda "əhəmiyyətli yavaşlamaya” səbəb ola bilər.

Onun sözlərinə görə, yüksək enerji qiymətləri artıq Avropanın ən böyük və dünyanın dördüncü iqtisadiyyatı olan Almaniyaya ağır təsir göstərir. Bundan əlavə, inkişaf etməkdə olan ölkələr də gübrə, qida və enerji çatışmazlığından təsirlənir.

Malpass digər tərəfdən Çinin maliyyə, istehsal və daşıma mərkəzi Şanxay, o cümlədən bəzi böyük şəhərlərindəki karantinlərlə bağlı narahatlıqlarını dilə gətirib və bunun "hələ də dünyaya siraət etmə və ya yavaşlama təsiri olduğunu" deyib.

"Çin artıq daşınmaz əmlakın bir qədər kiçilməsini yaşayırdı, ona görə də Rusiyanın işğalından əvvəl Çinin artım proqnozu 2022-ci il üçün əhəmiyyətli dərəcədə azaldıldı. Sonra Covid dalğaları karantinlərə səbəb oldu ki, bu da Çin üçün artım gözləntilərini daha da azaltdı”,- o bildirib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->