Xəbər lenti

Deputata məxsus olduğu deyilən şirkət cərimə olunur (SƏBƏB)
Ekonomiks 18:58 05.07.2024

Deputata məxsus olduğu deyilən şirkət cərimə olunur (SƏBƏB)

Mərkəzi Bank tib sektorunda aparıcı şirkətlərdən olan "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başlayıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

"Azəri Med" QSC barəsindəki inzibati işə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. 

"Azəri Med" şirkətinin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir. 

Dövlət satınalmalarında fəal iştirak edən şirkət əsasən Milli Onkologiya Mərkəzinin (MOM) tenderlərində qalib seçilir. Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində çalışıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->