Xəbər lenti

DÇ-nin finalından sonra fransalı futbolçular irqçi şüarlarla qarşılanıb
İdman 15:50 21.12.2022

DÇ-nin finalından sonra fransalı futbolçular irqçi şüarlarla qarşılanıb

Fransa Futbol Federasiyası (FFF) Argentina ilə dünya çempionatının final matçından sonra futbolçulara qarşı yönəlmiş irqçi şüarlara görə tədbirlər görməyə başlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionatı bitəndən sonra ölkəsinə qayıdan milli yaxşı qarşılansa da bəzi futbolçulara qarşı irqçi şüarlar söylənilib. FFF həmin cinayətkarlardan şikayət edəcəyini açıqlayıb.

DÇ-2022-nin finalında Argentina penaltilər seriyasında Fransaya qalib gələrək dünya çempionu olub. Penaltilər seriyasında Kinqsli Koman və Aurelien Çoumani fərqlənə bilməyib. Bundan sonra hər iki futbolçu hədəfə çevrilib.

Komanın formasını geyindiyi Alman nəhəngi "Bavariya" da futbolçusuna ünvanlanmış təhqirləri pisləyib və bəyanat yayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->