Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
Qaynarinfo-nun məlumatına görə, bu raundun son oyununda Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən Pireney təmsilçisi 1/4 finala yüksəlib.
Fernandu Santuşun baş məşqçi olduğu kollektivdən qolları 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə Rafael Leao vurublar. İsveçrəlilərin təsəlli qoluna isə 58-ci dəqiqədə Manuel Akanci imza atıb.
Qeyd edək ki, Portuqaliya millisinin 1/4 finaldakı rəqibi Mərakeş olacaq. Qarşılaşma dekabrın 10-da keçiriləcək.
Şərhlər