Xəbər lenti

COP29-dan sonra əfv sərəncamı imzalanacaq? (AÇIQLAMA)
Ölkə 20:26 19.08.2024

COP29-dan sonra əfv sərəncamı imzalanacaq? (AÇIQLAMA)

Azərbaycan qarşıdakı aylarda bir çox vacib tədbirlərə və önəmli hadisələrə şahidlik edəcək. Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək, ardınca "Formula 1" yarışları, noyabr ayında COP29 tədbiri baş tutacaq, dekabr ayında isə bələdiyyə seçkiləri keçiriləcək.

Ölkəmizdə beynəlxalq tədbirlər ərəfəsində humanist addımların atılacağı gözlənilir. Bəzi hüquq müdafiəçiləri parlament seçkilərindən və COP29-dan sonra əfv sərəncamının imzalanacağını iddia edir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, əfv dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə verilə bilər:

"Yəqin ki, həmişə olduğu kimi, ilin sonunda əfv verilə bilər. COP29 noyabrın sonunda yekunlaşacaq. Dekabrda onsuz da əfv gözlənilir. Mən elə hesab edirəm ki, Əfv Fərmanı ilin sonunda imzalanacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir ki, seçkilərdən sonra əfv sərəncamının imzalanması bir daha millətimizin birliyini dünyaya göstərə bilər:

"Bizi istəyən çox az dövlətlər qalıb. Qələbəmiz, Ali Baş Komandanın siyasi arenada önə çıxması çox yerdə qısqanclıq yaradır. Hər cəhətlə bizə toxunmağa çalışırlar. Dünyada gedən proseslərə baxanda hamımız birləşib bu dövləti qorumalıyıq. Buna görə əfv verilməsi bir daha millətimizin birliyini dünyaya göstərə bilər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->