Xəbər lenti

ÇL-də Holand fırtınası - bir oyunda 5 rekord
İdman 10:41 15.03.2023

ÇL-də Holand fırtınası - bir oyunda 5 rekord

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Mançester Siti" "Leypsiq"i 7:0 hesabı ilə məğlub edib.

Qaynarinfo-nun məlumatına görə, İngiltərə təmsilçisinin heyətində 5 qol vuran Erlinq Hoaland bir oyunda 5 rekorda imza atıb. İngiltərə komandasının heyətində 22, 24, 45+2, 54, 57-də Haland, 49-da İlkay Gündoğan və 90+2-də Kevin de Brünenin qolları ilə 7:0 hesablı qələbə qazanıb.

22 yaşlı norveçli hücumçu bu oyunla 5 rekorda imza atıb.

Futbolçu Lionel Messi və Luiz Adrianonun rekordunu qırıb. Ulduz oyunçu Çempionlar Liqasında 25 matçda 30 qola çatan ən gənc oyunçu olub. Bununla yanaşı, həmin qol sayına ən tez çatan oyunçu kimi tarixə düşüb. Holand həm də bu mövsüm Avropada ən çox "het-trik" edən futbolçudur. Həmçinin "Mançester Siti" tarixində bir mövsümdə ən çox qol vuran oyunçu ümnvanına da sahib olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->