Xəbər lenti

Cənubi Uralın ən böyük qoruğunda meşə yanır
Dünya 12:20 10.05.2022

Cənubi Uralın ən böyük qoruğunda meşə yanır

Başqırdıstanın Cənubi Ural Dövlət Təbiət Qoruğunda meşə yanğını baş verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

"7 hektar sahədə 1 meşə yanğını davam edir. (Beloretski rayonu, Cənubi Ural Dövlət Təbiət Qoruğu Federal Dövlət Büdcə Müəssisəsi - 7 hektar), - məlumatda deyilir.

Cənubi Ural Dövlət Qoruğu Başqırdıstanda və bütün Cənubi Uralda ən böyük qoruqdur. 19 iyun 1978-ci ildə Cənubi Uralın unikal təbii komplekslərini - dağ tayqaları və küknar meşələrini, yüksək dağ bitki icmalarını və bataqlıqları qorumaq üçün yaradılıb. Qoruğun ümumi sahəsi 252,8 min hektardır.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->