Argentina hakimiyyəti dekabrın 20-ni milli bayram elan edib ki, hamı mundialda qalib olduqdan sonra vətənə qayıdacaq milli komanda ilə görüşə bilsin.
Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə Prezidentinin Administrasiyasından verilən məlumata görə, müvafiq fərman artıq normativ-hüquqi aktlar portalında dərc olunub.
Oyunçular evə gecəyarıdan sonra gələcəklər. Çərşənbə axşamı günortadan sonra onlar Buenos-Ayresin mərkəzindəki daimi görüş və bayram yeri olan obeliskə gedəcəklər. Bazar günü on minlərlə insan çempionatdakı qələbəni bu məkanda qeyd edib.
Xatırladaq ki, Argentina millisi tarixində üçüncü dəfə (1978, 1986, 2022) Dünya Kubokunun qalibi olub. Qətərdə keçirilən turnirin finalında argentinalılar fransızlara qalib gəlib (3:3; 4:2 - penaltilərlə).
Alpər
Şərhlər