Xəbər lenti

Braziliyaya uduzan məşqçi postundan getdi
İdman 14:23 06.12.2022

Braziliyaya uduzan məşqçi postundan getdi

2018-ci ildən Cənubi Koreya millisini çalışdıran Paulo Bento DÇ-2022-nin 1/8 finalında Braziliyaya uduzduqdan sonra vəzifəsindən istefa verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, DÇ-2022-nin pley-off mərhələsində Braziliyaya 4:1 hesabı ilə uduzan Cənubi Koreyanın portuqaliyalı məşqçisi Paulo Bento postunu tərk etdiyini açıqlayıb.

Futbolçularını və federasiya prezidentini Braziliyaya 4:1 hesablı məğlubiyyətdən sonra ayrılmaq qərarı ilə bağlı məlumatlandıran mütəxəssis, "Bu, sentyabr ayında verdiyim bir qərar idi və qəti oldu. Hər şeyə görə təşəkkür edirəm. Bundan sonra biz gələcək haqqında düşünməliyik” - sözlərini söyləyib.

2018-ci ildən Cənubi Koreyanı çalışdıran 53 yaşlı Bento komandasını Portuqaliya, Qana və Uruqvaydan ibarət qrupdan çıxarmağı bacarıb. Portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Cənubi Koreya millisi keçirdiyi 57 oyunun 35-də qalib gəlib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->