Xəbər lenti

Braziliyalı əfsanə bu qəbristanlıqda dəfn olundu
İdman 11:15 05.01.2023

Braziliyalı əfsanə bu qəbristanlıqda dəfn olundu

Yoğun bağırsaq xərçəngi ilə mübarizə aparan və uzun müddət müalicə aldığı xəstəxanada 82 yaşında dünyasını dəyişən əfsanəvi futbolçu Pele üçün keçmiş klubu Santosun Urbano Kaldeyra stadionunda mərasim keçirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 24 saat ərzində ziyarətçilər üçün açıq olan Pelenin dəfn mərasimini 230 mindən çox insan ziyarət edib. Stadiondakı mərasim bitdikdən sonra Pelenin cənazəsi Santos küçələrindən keçirilməklə qəbiristanlığa aparılıb. Braziliya mətbuatında çıxan xəbərlərdə Pelenin cənazəsi ailə üzvlərinin iştirakı ilə Santosdakı "Memorial Nekropolis Ecumenica" qəbiristanlığında dəfn olunub.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Santosdakı "Vila Belmiro" stadionunda keçirilən mərasimdə iştirak edib. Həyat yoldaşı ilə birlikdə stadiona gələn ölkə başçısı Pelenin ailəsinə başsağlığı verib və bir dəqiqəlik sükutdan sonra mərasimi tərk edib.

Pele kimi tanınan Edson Arantes do Nasimento uğurlu karyera və həyatı geridə qoyub. Karyerasını ABŞ təmsilçisi "Nyu York Kosmos”da karyerasını bitirib. 19 il geyindiyi "Santos” forması ilə mindən çox qol vuran Pelenin heykəli braziliyalılar üçün futbolun doğulduğu yer sayılan Marakana stadionunun qarşısında ucaldılıb.

"Santos"da keçirdiyi 19 il ərzində Pele 10 ölkə və 6 liqa, iki Libertadores Kuboku və Qitələrarası Kubok qazanıb. "Qara mirvari”, "Futbol kralı”, "Kral Pele” ləqəbli əfsanəvi futbolçu min qol həddini aşan futbolçulardan biri olub. Pele karyerası ərzində keçirdiyi 1363 oyunda 1279 qol vurmaqla Ginnesin Rekordlar Kitabına da düşüb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->