Braziliyada üçqat dünya çempionu Pelenin vəfatından sonra üç günlük matəm elan edilib.
"Keçmiş futbolçu Pele Edson Arantes do Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilir”, - sərəncamın mətnində deyilir.
Ölkənin vəzifəsini tərk edən prezidenti Jair Bolsonaronun mətbuat xidməti Pele fenomeninin bütün dünya idmanı üçün əhəmiyyətini vurğulayıb.
Pele dekabrın 29-da San-Pauludakı özəl klinikalardan birində dünyasını dəyişib. O, bağırsaq xərçənginin ağırlaşması səbəbindən noyabrın 29-dan xəstəxanaya düşüb. Jurnalistlər futbolçunun bağırsaq xərçəngi ilə mübarizədə orqanizmi artıq kimyaterapiyaya reaksiya vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü yazıb.
Dekabrın 26-da Pelenin ailə üzvləri və yaxınları ilə vidalaşdığı məlum olub.
Alpər
Şərhlər