"Borussiya" (Dortmund), kapitan Marko Roysla yeni müqavilə bağlayıb.
Qaynarinfo xəbər verir ki, klub 33 yaşlı futbolçu ilə müqavilənin müddətini 2024-cü ilə qədər uzadıb. Bu barədə klubdan açıqlama verilib. Komandanın heyətində iki dəfə Almaniya kubokunu qazanan Roys "arılar"ın formasında ümumilikdə 161 qola imza atıb.
Müqaviləsinin uzadılması ilə bağlı açıqlamasında təcrübəli futbolçu, "Hazırda diqqətimizi yönəltdiyimiz yalnız bir məqsəd var, o da Almaniya çempionatıdır. Həyatımın yarısından çoxunu keçirdiyim klubum üçün əlimdən gələni etmək istəyirəm. Mənim üçün hələ də dünyanın ən gözəl stadionunda, dünyanın ən yaxşı azarkeşləri qarşısında qol vurmaqdan gözəl heç nə yoxdur” - ifadələrini işlədib.
Dortmund klubu hazırda turnir cədvəlinin zirvəsində yer alıb. Komanda "Bavariya"dan 1 xal fərqi ilə öndədir.
Səbuhi Həsənov
Şərhlər