Xəbər lenti

BMT baş katibi Kiyevdə ikən Rusiya şəhərə qanadlı raketlər atdı
Dünya 15:04 29.04.2022

BMT baş katibi Kiyevdə ikən Rusiya şəhərə qanadlı raketlər atdı

BMT baş katibi Antonio Quterreş Kiyevdə səfərdə ikən Rusiya şəhərə qanadlı raketlərlə zərbə endirib. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə ukraynalı rəsmilər məlumat verib

Zərbələrdən biri 25 mərtəbəli binanın aşağı hissəsinə dəyib. Hücum nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir. 

Ukrayna prezidenti Zelenski raket zərbələrinin onun BMT baş katibi ilə görüşündən dərhal sonra endirildiyini bildirib. O bu hücumun Rusiyanın beynəlxalq institutlara qarşı əsl münasibətini göstərdiyini deyib. Zelenski həmçinin bunun, Rusiya rəhbərliyinin BMT və onun təmsil etdiyi hər şeyi alçatmaq cəhdi olduğunu vurğulayıb. 
BMT baş katibi Quterreş şokda olduğunu bildirib:

"Olduğum şəhərdə iki raketin partlaması haqqında məlumatlandırılanda şok oldum. Ona görə yox ki, mən burdayam, ona görə ki, Kiyev ukraynalılar, həmçinin ruslar üçün müqəddəs şəhərdir”. 

Ukrayna xarici işlər naziri Dmitri kuleba isə hücumu barbar hərəkət adlandırıb.

"Rusiya bu iyrənc barbar hərəkəti ilə bir daha özünün Ukraynaya, Avopaya və dünyaya münasibətini göstərir”, - o Twitter hesabında yazıb. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->