Xəbər lenti

BFF-in yeni prezidenti planlarını açıqladı: “Ancaq bu halda futbol inkişaf etdirilə bilər”
İdman 10:57 07.03.2024

BFF-in yeni prezidenti planlarını açıqladı: “Ancaq bu halda futbol inkişaf etdirilə bilər”

Bir neçə gün əvvəl Bakı Futbol Federasiyaları İctimai Birliyinin yeni prezidenti məlum oldu.
 
Birliyin iclasında "Neftçi”nin sabiq vitse-przidenti, keçmiş FİFA referisi Tahir Süleymanov yekdilliklə prezident postuna gətirildi. Bir zamanlar qardaşı Məzahir Süleymanovun rəhbərlik etdiyi qurum bundan sonra məhz onun tabeliyində olacaq. Bəs Süleymanov hansı dəyişiklikləri planlaşdırır? Ümumiyyətlə, hansı yeniliklər gözlənilir?

Qaynarinfo-ya açıqlamasında o, prezident seçilməsi və ilk planları ilə bağlı bunları deyib:

"Üstümüzə çox böyük məsuliyyət götürmüşük. Açıq etiraf etmək lazımdır, bütün işlər yenidən qurulmalıdır və bu tək BFF-ə aid deyil, bütün federasiyalara şamil edilməlidir. AFFA nizamnaməsi, əsasnaməsi, direktivlərinə uyğun prosedur qaydaları həyata keçirilməli, federasiyanın birbaşa, dolayı üzvləri vahid sistem şəklində fəaliyyət göstərməlidir. Ancaq bu halda futbol inkişaf etdirilə bilər”.

O, hər şeydən öncə bu dəyişikliklərdən başlamalı olduğunu bildirib:

"Öncə federasiyanın maddi-texniki bazası formalaşdırılmalı, günün tələblərinə cavab verməlidir. Digər məsələlərlə yanaşı, üstünlük uşaq-gənclər futbolunun inkişafı istiqamətində olacaq. Təməl düzgün qoyulmadan, futbolun gələcəyi ola bilməz”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->