Xəbər lenti

Başqırd aktivistin tərəfdarları müharibədən qayıtmağa, vəzifələrdən istefa verməyə çağırdı
Dünya 15:00 18.01.2024

Başqırd aktivistin tərəfdarları müharibədən qayıtmağa, vəzifələrdən istefa verməyə çağırdı

Çərşənbə günü məhkum edilmiş başqırd fəalı Fail Alsınovun tərəfdarları respublikanın vətənpərvərlərini Ukraynadakı müharibədən qayıtmağa, hakimiyyətdəki vəzifələrindən istefaya getməyə, vergi ödəməməyə və Vladimir Putin də daxil olmaqla "Moskva siyasətçilərini” boykot etməyə çağıran "Failə azadlıq - Başqırdıstana azadlıq” ümummilli kampaniyası elan ediblər. 

Qaynarinfo xəbər verir ki, "Agentstvo” nəşri Alsınovla birlikdə "Başqırd” təşkilatına rəhbərlik edən Ruslan Qabbasovun "Facebook"da dərc edilən bəyanata istinadən məlumat yayıb.

Qabbasovun Başqırdıstan vətənpərvərlərinə ünvanlanan müraciətində 10 bənd var. Respublika sakinlərinə dövlət qulluğundan (yerli idarəetmə orqanları istisna olmaqla və yalnız "başqırd-vətənpərvərlik mövqeyi” tuta bildikləri halda) getməyə təşviq edilir. Həmçinin, vətənpərvərlərdən müharibədən qayıtmaq, vergiləri azaltmaq və ya tamamilə dayandırmaq və kommunal ödənişləri gecikdirmək xahiş olunur.

Qabbasovun müraciətində tərəfdarlardan "Fail” adını şüara çevirmək, onu hər yerdə çəkmək və Alsınovun portretlərini asmaq xahiş olunur. Onlar həmçinin respublika başçısı Radiy Xabirovun, hakimlərin və Alsınov işində iştirak edən təhlükəsizlik işçilərinin üzərindən xətt çəkilmiş portretlərini asmağa çağırırlar.

Qabbasov həmçinin "Putin və Vahid Rusiyadan başlayaraq” Moskva partiyalarını və siyasətçilərini boykot etməyi təklif edib, Başqırdıstan Respublikasında qadağan olunmuş Başqırdıstan siyasətçiləri və partiyalarının qəbulu ilə azad parlament və prezident seçkilərinin keçirilməsini tələb edib.

Müraciətdə həmçinin "başqırd tərəfdarı mövqe” bəyan etməyən yerli olmayan sahibkarların boykot edilməsi təklif edilir. Bundan əlavə, Qabbasov başqırd dilinin dirçəldilməsi üçün kampaniyaya başlamağı və dövlət qulluqçularının ondan istifadə etməsini tələb etməyi təklif edib.

Qabbasov həmçinin sakinləri cəbhədən qayıtmağa çağıran fəallardan birinin videosunu da yayıb.

Qeyd edilir ki, 2014-cü ildən Alsınov Qabbasovla birlikdə Başqırdıstanın suverenliyini müdafiə edən Başqırdıstan milli ictimai təşkilatı "Başdırd”ın rəhbəridir. 2020-ci ildə Rusiya hakimiyyəti təşkilatı ekstremist təşkilat elan edib və bağlayıb.

Başqırdıstanda Alsınovun (çərşənbə günü o, cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib) məhkəməsi ilə bağlı etiraz aksiyaları Ukraynada müharibə başlayandan bəri Rusiyada ən geniş yayılmış etiraz aksiyalarından birinə çevrilib. Çərşənbə günü etirazlar polislə toqquşma ilə başa çatıb, bundan sonra Başqırdıstanın Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlarla bağlı cinayət işi açıb.

Hətta məhkəmə ərəfəsində hakimiyyət Alsınov tərəfdarları ilə əlaqəli kanallara girişi məhdudlaşdırmağa başlayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->