Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 37 yaşlı kişi ilə nişanlanan 13 yaşlı qızın ailəsi ilə görüşəcək.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
K. Ağazadənin sözlərinə görə, 13 yaşlı qızın təhsil alması vacibdir:
"Biz çalışmalıyıq ki, qız təhsilini davam etdirsin. Bununla bağlı aidiyyatı qurumlara müraciət edəcəyəm. Eyni zamanda, qızın reinteqrasiyası və təhsili istiqamətində iş aparılması üçün ailəsi ilə görüşəcəm”.
Qeyd edək ki, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə paytaxtın Sabuncu rayonu ərazisində baş verib.
Bahar Rüstəmli
Şərhlər