Xəbər lenti

Azərbaycanda neçə aktiv koronavirus xəstəsi var?
Ölkə 17:16 16.07.2023

Azərbaycanda neçə aktiv koronavirus xəstəsi var?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 983 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 673 nəfər müalicə olunaraq sağalıb, 10 288 nəfər vəfat edib, aktiv xəstə sayı 22 nəfərdir.

Ölkədə son sutka ərzində 416, hazırkı dövrədək isə 7 655 305 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 22 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 048, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 184, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 678, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 342 təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->