Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bununla bağlı, Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova açıqlama verib.
Xəbərdarlığa əsasən, bu gün günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi iyunun 27-si səhər saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-4.0 m, sonrakı inkişafda 4.5-5.5 m. çatacağı proqnozlaşdırılır.
Şərhlər