Azərbaycanda koronavirus bitib? - Səhiyyə naziri cavab verdi
"Koronavirusla bağlı vəziyyət alimlərin ehtimal etdiyi kimidir. Hər şey ehtimal etdiyimiz ssenari üzrə gedir".
Bunu Səhiyyə naziri Teymur Musayev REAL TV-də yayımlanan "Mir Şahinin vaxtı” verilişində deyib.
Nazir əlavə edib ki, mutasiya nəticəsində daha zəif ştamlar əmələ gəlir: "Bəzən yolxucu qabiliyyəti yüksək də ola bilir. Amma xəstəliyin kifayət qədər yüngül və mövsümi qripə bənzər gedişatı var".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər