Xəbər lenti

Azərbaycan dünya birinciliyində 17 nəfərlə təmsil olunacaq
İdman 13:39 26.07.2022

Azərbaycan dünya birinciliyində 17 nəfərlə təmsil olunacaq

Taekvondo üzrə yeniyetmələrdən ibarət yığmamız bu gün dünya birinciliyinə yollanıb.

Azərbaycan taekvondo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə komandamız Bolqarıstanın Sofiya şəhərində təşkil olunan dünya birinciliyində 17 (10 oğlan və 7 qız) idmançı ilə təmsil olunacaq.
 
Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərov yetirmələrindən Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) etimad göstərib. 

Yeniyetmə qızlardan isə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova 51 kq çəki dərəcəsində mübarizə aparacaq.

28 iyulda start veriləcək dünya birinciliyinə 31 iyul tarixində yekun vurulacaq. Yarışlar "Armeec" idman arenasında keçiriləcək.
 
Beynəlxalq dərəcəli referi Aygül Abdullayeva mundialda ölkəmizi təmsil edəcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->