Xəbər lenti

Avropa Superliqasının formatı açıqlandı
İdman 12:20 22.12.2023

Avropa Superliqasının formatı açıqlandı

Avropa Superliqasının yeni formatı açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, Avropa Ədalət Məhkəməsinin UEFA-nın yarışların yaradılmasını məhdudlaşdıran qaydalarının "qanunsuz” olduğuna dair qərarından sonra Çempionlar Liqasının əvəzləyəcəyi gözlənilən Superliqanın yeni formatı müəyyənləşdirilib.

A22-nin baş direktoru Bernd Reyxartın təqdim etdiyi formatda kişilər arasında keçiriləcək yarışda 64, qadınların liqasında isə 32 komandanın iştirak edəcəyi bildirilib. Reyxart açıqlamasında, "Biz Avropada ən yaxşı futbol yarışlarını yaratmaq üçün cəzadan qorxmadan, klublar, liqalar və digər partiyalarla işləməyə davam edəcəyik. Biz milli liqalara və futbolun piramida strukturuna sadiqliyimizi bir daha təsdiqləyirik. Avropa yarışlarını 1955-ci ildən bəri ilk dəfə olaraq iştirakçı klublar özləri idarə edəcək" - sözlərinə yer verib. Reyxart, həmçinin, Avropa Superliqasının yayımı üçün yeni platformanın yaradılmasını təklif edərək, bütün matçların azarkeşlərə pulsuz təqdim olunacağını, gəlirin isə reklam, ödənişli abunəlik və sponsorluqdan qazanılacağını bildirib.

Yarışın formatına gəlincə, kişilər arasında keçiriləcək turnir hər biri 16 komandadan ibarət iki - "Ulduzlar Liqası", "Qızıl Liqa" və 32 iştirakçının yer alacağı "Mavi Liqa"dan ibarət olacaq. Liqalar arasında yüksəlmə və aşağıya düşmə də olacaq. "Mavi Liqa"ya giriş isə yerli ölkə çempionatında göstərilən performansa əsaslanacaq. Klublar hər il səkkiz komandalı qruplarda ev və səfərdə ən azı 14 oyun keçirəcək və bu matçlar həftəiçi baş tutacaq. Mövsümün sonunda səkkiz klubdan ibarət son mərhələdə hər liqanın çempionları müəyyənləşcək.

Qadın komandalar arasında isə hər birində 16 komanda olmaqla iki - "Ulduz" və "Qızıl" liqa yaradılacaq. Bu liqada da komandalar səkkiz iştirakçıdan ibarət qruplarda mübarizə aparacaq. Reyxart gəlirin ilk üç il ərzində təmin ediləcəyini bildirib. O, "həmrəylik ödənişləri"nin Superliqanın gəlirinin 8%-ni təşkil edəcəyini, minimum ödənişin isə 400 milyon avro (439 milyon dollar) olacağını vurğulayıb. Funksioner təklifin son iki il ərzində azarkeşlər, oyunçular, klublar və liqa rəhbərlikləri ilə geniş dialoq nəticəsində ortaya çıxdığını söyləyib. 

Yarışla bağlı Lüksemburqdakı Avropa məhkəməsinin çoxdan gözlənilən qərarında UEFA-nın Superliqaya qadağa qoymaqla hakimiyyət mövqeyindən sui-istifadə etdiyi və onun əvvəlcədən təsdiqləmə qaydalarının şəffaf, obyektiv, ayrı-seçkilik və proporsional şəkildə olmadığı bildirilmişdi. Bununla belə, məhkəmə çıxarılan qərarla Superliqa layihəsi kimi yarışın təsdiqlənməsi demək olmadığı vurğulanıb. UEFA, Superliqanın 2021-ci ildə başlamasına qadağa qoymaq cəhdindən sonra Aİ qanunlarına uyğun olaraq qaydalarını artıq yenilədiyini iddia edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->