Xəbər lenti

“Atalanta”nın sabiq futbolçusu Qasperinidən şikayətləndi: “Diktatorluq edirdi”
İdman 18:50 06.09.2023

“Atalanta”nın sabiq futbolçusu Qasperinidən şikayətləndi: “Diktatorluq edirdi”

"Atalanta”nın baş məşqçisi Jan Pyero Qasparini qoyduğu qadağalarla komanda üzvlərini bezdirirmiş.

Qaynarinfo-nun məlumatına görə bu barədə İtaliya klubunun keçmiş futbolçusu Yoakim Mehle danışıb. 

O, "Tipsbladet”ə açıqlamasında, mütəxəssisin komandada qoyduğu bir sıra qəribə qaydalardan, o cümlədən komanda yoldaşı Hoylandla birlikdə məşqə gəlməsinə qadağa qoyulmasından danışıb. "Qasperini demək olar diktatorluq edirdi. Günü iki məşqlə tamamladığımızda bazada yatmağımızı istəyirdi. Evə getməyimizə icazə verilmirdi. Hətta Rasmus Hoylanda birlikdə məşqə gəlməyimizi istəmirdi. O, kimisə günahlandırardı. Məsələn, Rasmus ilə mən məşqə maşınla gələndə o, bizə çox qəzəbləndi. Çünki biz məşqə gedəndə birlikdə oturub söhbət edib əylənərdik. O, bunu istəmədi və bizi danladı. Bilmirəm, bu italyanlara xasdır? Lakin bəzi şeylər uzunmüddətlidirsə, bezdirici və yorucu olur”.
 
"Atalanta”nın sabiq futbolçusu, 2021/2022 mövsümündə bu komandanın formasını geyinmiş türkiyəli Merih Demiral da sosial şəbəkə hesabında Mehlenin dediklərini təsdiqləyib.

Mehle bu yay "Atalanta”dan ayrılaraq "Volfsburqa" keçib. Hoyland isə "Mançester Yunayted”ə 72 milyon funt-sterlinq qarşılığında transfer olunub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->