Xəbər lenti

İdman 16:42 06.05.2022

"Arsenal" baş məşqçisi ilə bağlı qərar verdi

İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Artetanın müqaviləsinin müddətini uzadıb.

Qaynarinfo xəbər verir ki, bu haqda "topçular"ın rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.

Mikel Arteta 2019-cu ildən London təmsilçisinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İngiltərə Kubokunu və ölkə Superkubokunu qazanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->