36 ildən sonra dünya çempionatının kubokunu Argentinaya gətirən Lionel Messi üçün Cənubi Amerika ölkəsində yeni mövzu gündəm olub.
Qaynarinfo xarici KİV-ə istinadən məlumat verir ki, Argentina Respublikasının Mərkəzi Bankı üzərində Messinin şəkillərinin yer aldığı pullar çap etmək qərarına gəlib. Bank rəsmilərinin xatirə sikkə planı reallaşarsa, bu, Argentinada ilk olmayacaq. 1978-ci ildə ilk dəfə dünya çempionatının qalibi olan Argentina ilə bağlı əvvəllər də xatirə sikkələri hazırlanmışdı. Bundan başqa xatirə sikkələri Argentinanın keçmiş birinci xanımı Eva Peronun ölümünün 50-ci ildönümündə də istehsal edilib.
"El Financiero” qəzeti Messinin şəkillərinin yer aldığı pulların 1000 peso dəyərində çap olunacağını iddia edib.
Sonuncu dəfə 1986-cı ildə dünya çempionu olan Argentina yığması arzusuna Qətərdə keçirilən DÇ-2022-də çatdı. Amerikalılar finalda Fransa millisini məğlub etməklə növbəti dəfə dünya çempionatının kubokunu başı üzərinə qaldırıb.
Səbuhi Həsənov
Şərhlər