Argentina millisinin qapıçısı Emiliano Martinez Fransa yığmasının ulduzu Kilian Mbappeyə sataşıb.
Qaynarinfoxəbər verir ki, İngiltərə Premyer Liqasında "Aston Villa"nın formasını geyinən Martinez Argentinanın dünya çempionluğundan sonra paltardəyişmə otağında əyləndikləri anların videosunu sosial şəbəkədə paylaşıb. O videonu "Mbappe üçün bir dəqiqəlik sükut" - sözləri ilə şərh edib.
Qətərdə keçirilən DÇ-2022-nin qalibi Argentina millisi olub. Fransa ilə qarşılaşan Lionel Messinin komandası əsas və əlavə vaxtı 3:3 hesabı ilə bitən matçın penaltilər seriyasında rəqibini məğlub edib.
Səbuhi Həsənov
Şərhlər