ABŞ hakimiyyəti husilərin "Ənsar Allah” hərəkatını yenidən terror təşkilatları siyahısına daxil etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə AP agentliyi Ağ Evə yaxın mənbələrə istinadən məlumat
yayıb.
Agentliyin məlumatına görə, ABŞ administrasiyasının qərarı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının intensivləşməsi ilə bağlıdır. 2021-ci ildə dövlət katibi Entoni Blinken Yəmənə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün "Ənsar Allah” hərəkatını terror təşkilatları siyahısından çıxarıb.
Qeyd edək ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə, o cümlədən "Tomaqavk” qanadlı raketlərindən istifadə etməklə zərbələr endirib. Bundan sonra, yanvarın 13 və 14-də Yəmən təkrar raket zərbələrinə məruz qalıb.
Nizami Bağırov
Şərhlər