Almaniya Futbol Federasiyası ev sahibliyi edəcəyi AVRO-2024-də millini Yulian Naqelsmanın çalışdıracağını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, Almaniya Futbol Federasiyası sonuncu dəfə "Bavariya"nı çalışdırmış Naqelsmanın baş məşqçisi postuna təyin edildiyini açıqlayıb.
36 yaşlı çalışdırıcının rəhbərliyi altında almanlar ilk oyunu oktyabrın 14-də Hartfordda (ABŞ) ABŞ-a, bir neçə gün sonra isə Filidelfiyada Meksikaya qarşı keçirəcək.
Naqelsmanla yolları ayıran "Bavariya" 2026-cı ilə qədər qüvvədə olan müqaviləsini pozduğu üçün mütəxəssisə 1,5 milyon avro ödəyəcək.
Səbuhi Həsənov
Şərhlər