Hans Fliklə yolları ayıran Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Qaynarinfo-nun məlumatına görə, bu barədə ölkə mətbuatında xəbərlər yer alıb. Məşhur "Bild" nəşri Almaniya Futbol Federasiyasının Yulian Naqelsmanla prinsipial razılıq əldə edildiyini, müqavilənin yekun detalları barədə müzakirələr aparıldığını yazıb.
Naqelsman daha əvvəl "Hoffenhaym", "Leyptsiq" və "Bavariya"nı çalışdırıb.
Almaniya Futbol Federasiyası beynəlxalq yoldaşlıq matçı çərçivəsində Yaponiyaya 1:4 hesablı məğlubiyyətdən sonra Fliklə yolları ayırıb. Almaniya millisi 38 ildən sonra ilk dəfə ardıcıl üç matçda məğlub olub. Uğursuzluq silsiləsindən sonra Federasiya tarixdə ilk dəfə olaraq millinin baş məşqçisini istefaya göndərib.
"Panzerlər" Flikin rəhbərliyi altında keçirdiyi son 23 matçın yalnız beşində meydanı qələbə ilə tərk edib.
Səbuhi Həsənov
Şərhlər