Afrika Futbol Konfederasiyası (CAF) 2025 və 2027-ci illərdə Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək ölkələri müəyyən edib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə CAF açıqlama yayıb. Afrika Millətlər Kubokunun 2025-ci ildə Mərakeşdə, 2027-ci ildə isə Keniya, Tanzaniya və Uqandada keçiriləcəyi qeyd edilib.
Keçən il 2025-ci il turnirinə ev sahibliyi hüququ Qvineyadan alınsa alınmışdı. Bundan başqa Əlcəzair, Zambiya, Benin və Nigeriya da birgə yarış keçirmək təkliflərini geri götürmüşdü.
1988-ci ildən sonra ikinci dəfə təşkilata ev sahibliyi edəcək Mərakeş də Portuqaliya və İspaniya ilə birlikdə 2030-cu il dünya çempionatını təşkil etməyə namizəd olub.
Səbuhi Həsənov
Şərhlər