Xəbər lenti

Abramoviçin ürəyində problem yarandı, Moskvada xəstəxanaya müraciət etdi
Dünya 18:23 19.01.2024

Abramoviçin ürəyində problem yarandı, Moskvada xəstəxanaya müraciət etdi

Rusiyalı iş adamı, "Çelsi” futbol klubunun keçmiş sahibi Roman Abramoviç ürək ağrısı şikayəti ilə gizli şəkildə paytaxt xəstəxanalarından birinə gedib. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat hadisə şahidlərinə istinadən "Mash" "Telegram" kanalında yer alıb.

Nəşr aydınlaşdırır ki, iş adamı həkimlərlə əlaqə saxlayarkən Moskva səfərini reklam etməmək üçün təxəllüsdən istifadə edib, üzünü yaylıq ilə möhkəm bağlayıb, gün eynəyi taxıb, mühafizəçilərlə olub.

"Onun müraciət etdiyi həkimlər arasında kardioloq olub", deyə məlumatda bildirib.

Məlumata görə, milyarderin Moskvadakı əsas hədəfi onun 28,64% paya malik olduğu metallurgiya və mədən şirkəti "Evraz" ola bilər.

"Ona görə Avropa İttifaqı Məhkəməsi şəxsi sanksiyaları ləğv etməkdən imtina edir", deyə kanal yazır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->